x
Loading...
.

Gənc Tamaşaçılar Teatrında Novruz bayramı qeyd olunacaq

Gənc Tamaşaçılar Teatrında Novruz bayramı qeyd olunacaq
19:57 15 Mart 2017
Ölkə mətbuatı
A- A+

Novruz bayramının gəlişinə sayılı günlər qalıb.

Bir neçə gündən sonra ölkəmizə yeniliklər fəsli olan Bahar gələcək. Bu bahar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına maraqlı səhnə əsəri, balaca tamaşaçılarımıza isə əsl bayram əhval ruhiyyəsi bəxş edəcək.

Milli.Az bildirir ki, bayram günlərində teatrda A.Şaiqin "Tıq-tıq xanım", Xalq nağılı "Qoğalın sərgüzəştləri", A.Lindqrenin "Uzuncorab Pippi" və "Balaca və damda yaşayan Karlson", H.X.Andersenin "Çirkin ördək balası", X.Əlibəylinin "Aycan", A.Tolstoyun "Buratinonun macəraları" tamaşaları göstəriləcək.

Tamaşalardan əvvəl Novruzun əsas personajları - Kosa və Keçəl tamaşaçılarımızı Novruz haqqında şeirlər, mahnılarla salamlayacaqlar. Daha sonra isə tamaşalar nümayiş olunacaq.

Bayramı maraqlı keçirmək istəyən hər kəsi Dövlət Gənc Tamaşaçılar Teatrına və bayram tamaşalarımıza dəvət edirik. Tamaşalar mart ayının 18-dən - 25-dək saat 12.00, 14.00 və 16.00-da nümayiş olunacaq.

Biletləri şəhərimizin bütün mərkəzləşdirilmiş kassalarından, "Asan" xidmət mərkəzlərindən, eləcə də Dövlət Gənc Tamaşaçılar Teatrının kassalarından əldə edə bilərsiniz.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/526540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR