Beyin üçün ən faydalı ədviyyat

Beyin üçün ən faydalı ədviyyat
21:32 15 Mart 2017
237 Digər
Ölkə mətbuatı
A- A+

Vətəni Aralıq dənizinin sahilləri olan bibəriyə bütün dünyada tanınır və yeməklərə dad və ətir vermək üçün istifadə olunur.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bundan əlavə bu ətirli ot əsrlər boyu müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.

Müasir araşdırmalar bibəriyənin güclü xərçəng əleyhinə təsiri aşkar edib. Eksperimentlər göstərib ki, bibəriyənin tərkibində olan maddələr xərçəng hüceyrələrinin inkişafını ləngidir.

Bundan əlavə elmdə bibəriyənin beyinə olan güclü müsbət təsiri sübut edilib. Bu ədviyyat beyinin fəaliyyətini, yaddaşı, zehni, əhvalı yaxşılaşdırır, baş ağrıları azaldır. Hətta bibəriyənin ətri beyinin fəaliyyətinə müsbət təsir edir.

Alimlər beyinin sağlamlığını qoruyub saxlamaq, beyində yaşlanma proseslərini ləngitmək üçün bu ədviyyatdan istifadə etməyi tövsiyə edirlər.

Həmçinin bibəriyə immun sistemini və qaraciyəri möhkəmləndirmək, qan dövranını yaxşılaşdırmaq və  saçların uzanmasını sürətləndirmək kimi faydalı xüsusiyyətlərə malikdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/baku2015/526320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR