Türk futbolçuya 38 milyon avroluq TƏKLİF

Türk futbolçuya 38 milyon avroluq TƏKLİF
21:53 15 Mart 2017
115 İdman
Ölkə mətbuatı
A- A+

“Bayer”in türk futbolçusu Hakan Çalhanoğlu karyerasını İngiltərədə davam etdirə bilər.

Publika.az xəbər verir ki, “Çelsi” yarımmüdafiəçinin xidmətində maraqlıdır. İtaliyalı baş məşqçi Antonio Kontenin xüsusilə istədiyi oyunçu üçün London klubu 38 milyon avro ödəməyə hazırdır. “Zadəganlar” bu keçidi mövsüm başa çatmamış reallaşdırmaq istəyir.

Qeyd edək ki, “Trabzonspor”la yaranmış anlaşılmazlığa görə FİFA tərəfindən 4 aylıq futboldan uzaqlaşdırılan Çalhanoğlunun meneceri mövsümün sonunda onun komandadan ayrılacağını demişdi. (apasport)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/191518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR