Mario milli komanda ilə bağlı qərarını açıqlayıb

Mario milli komanda ilə bağlı qərarını açıqlayıb
23:32 15 Mart 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

"Wolfsburg"un hücumçusu Mario Qomez Almaniya millisindəki karyerasını 2018 mundialından sonra başa vuracaq. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 31 yaşı forvard bu qərarına rəqabət amilinin təsiri olmadığını bildirib.

"Realist olmaq lazımdır. 2018-ci il dünya çempionatında artıq 33 yaşım olacaq. Fikrimcə, 35 yaşında Klozenin malik olduğu keyfiyyətləri özündə saxlayan hücumçular azdır. Rəqabət mənim üçün problem deyil, əksinə vacibdir. 10 il milli komandada Kloze ilə rəqabət aparmışam. O isə dünyanın ən güclü forvardlarından biri idi" - Qomez qeyd edib.

O, 2007-ci ildən Bundestimə dəvət alır. Millinin heyətində 69 oyun keçirən Qomez 29 qol vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR