Almaniyalı nazirə bomba göndərdilər

Almaniyalı nazirə bomba göndərdilər
00:58 16 Mart 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın maliyyə naziri Volfqanq Şoybleyə içərisində partlayıcı qurğu olan bağlama göndərilib.

Publika.az xəbər verir ki, V. Şoybleyə ünvanlanan şübhəli bağlamanı nazirliyin ekspeditor xidmətinin əməkdaşları aşkarlayıb.

Hadisə yerinə cəlb edilən mütəxəssislər qutuda pirotexnika məhsullarının istehsalında istifadə edilən partlayıcı maddə tapıblar. Berlin polisinin nümayəndəsi tapıntının təhlükə kəsb etdiyini təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR