Qvardiolanın "Mançester Siti"si Çempionlar Liqasıyla vidalaşdı - VİDEO

Qvardiolanın "Mançester Siti"si Çempionlar Liqasıyla vidalaşdı - VİDEO
01:53 16 Mart 2017
107 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Publika.az xəbər verir ki, son iki vəsiqənin sahibi Fransanın "Monako" və İspaniyanın "Atletiko" klubları olub.

"Knyazlıq klubu" "Mançester Siti"lə ilk qarşılaşmadakı 3:5 hesablı məğlubiyyətin revanşını almağı bacarıb - 3:1. "Monako" məhz səfərdə daha çox qol vurduğu üçün 1/4 finala yüksəlib.

Madrid komandası Leverkuzendə 4:2 hesabı ilə yendiyi Almaniya "Bayer"i ilə evdə qolsuz heç-heçə edib.

Çempionlar Liqası. 1/8 final, cavab oyunları

15 mart

23:45 Monako (Fransa) – "Mançester Siti” (İngiltərə) - 3:1

Qollar: Kilian Mbappe, 8. Fabinyo, 29. Tiemu Bakayoko, 79 - Leroy Sane, 71

Baş hakim: Canluka Rokki (İtaliya)

İlk oyun – 3:5

23:45 "Atletiko” (İspaniya) – "Bayer” (Almaniya) - 0:0

Baş hakim: Sergey Karasyov (Rusiya)

İlk oyun 4:2

Daha öncə İspaniyanın "Barselona" və Real Madrid", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İtaliyanın "Yuventus", İngiltərənin "Lester" klubları da 1/4 finala yüksəlib. Növbəti mərhələnin püşkü martın 17-də atılacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/191539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR