NASA Marsda və Yupiterin peyki Avropada həyat axtarışı üçün istifadə oluna bilən robotla bağlı video yayımlayıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, görüntü NASA-nın rəsmi “YouTube” kanalına yerləşdirilib.
“Pop-Up Flat Folding Explorer Robots” qurğusu (PUFFER) kiçik ölçüsü və söküləbilmə xüsusiyyəti ilə onu daha böyük planetoxodlara nəql etməyə imkan verir.