2017-сi ildə uçot dərəcəsi daha iki dəfə artırılacaq

2017-сi ildə uçot dərəcəsi daha iki dəfə artırılacaq
07:23 16 Mart 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) bu il ərzində uçot dərəcəsini daha iki dəfə, təxminən 1,375%-dək artıracaq.

Publika.az xəbər verir ki, bunu Açıq Bazar Əməliyyatları üzrə Komitə üzvlərinin əksəriyyəti proqnozlaşdırır. Ötən ilin dekabrında FES 2017-сi ildə uçot dərəcəsinin 3 dəfə artırılacağını proqnozlaşdırmışdı.

“Artımı ABŞ iqtisadiyyatında vəziyyətin yaxşılaşması və prezident Donald Trampın iqtisadi siyasət üzrə təklifləri labüd edəcək”, deyə FES-in fevralın sonunda yaydığı məlumatda bildirilirdi.

Qeyd edək ki, bu gün FES uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% faizə qədər artırıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/191534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR