Məşhur futbolçu "Nike" şirkəti ilə ömürlük müqavilə imzaladı

Məşhur futbolçu "Nike" şirkəti ilə ömürlük müqavilə imzaladı
08:03 16 Mart 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

Dortmundun "Borussiya" klubunun (Almaniya) forvardı Pyer-Emerik Obameyanq "Nike" şirkəti ilə ömürlük müqavilə imzalayıb.

"Report" xəbər verir ki, sazişin şərtlərinə görə, hücumçu ilinə təqribən 2 milyon avro qazanacaq.

Bundan əlavə, müqavilədə sosial şəbəkələrdə reklam aksiyaları və prodakt-pleysmentdə iştirak, həmçinin promo-fəallığa görə müxtəlif bonuslar nəzərdə tutulub.

Şirkət bundan əvvəl portuqaliyalı futbolçu Kriştiano Ronaldu ilə də oxşar müqavilə imzalayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/191544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR