Azadlıq prospektində yolun çökən hissəsi təmir olundu

Azadlıq prospektində yolun çökən hissəsi təmir olundu
09:12 16 Mart 2017
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Martın 13-də paytaxtın Azadlıq prospektində yolun çökən hissəsi təmir olunub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Qurum rəsmisi bildirib ki, çökmə yolun altından keçən kanalizasiya xəttində sızma nəticəsində baş verib: "Kanalizasiya xəttində sızma olub, yolun alt qatını yuyub və təxminən 3-4 kvadratmetrlik ərazidə çökmə yaranıb. Hadisə ilə bağlı dərhal ərazidə təhlükəsizlik tədbirləri görülüb, aidiyyəti qurumlara məlumat verilib. Aidiyyəti qurumlar tərəfindən kanalizasiya xəttinin sızma baş verən hissəsi təmir olunub. "Azəravtoyol" ASC tərəfindən isə yolun həmin hissəsi təmir olunub".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR