Qvardiolaya şok: ÇL-dən getdilər - VİDEO

Qvardiolaya şok: ÇL-dən getdilər -   VİDEO
09:57 16 Mart 2017
158 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları yekunlaşıb. Fanat.Az xəbər verir ki, "Mançester Siti" "Monako"nun qonağı olub.


Qarşılaşmada dramatik anlar yaşanıb. Gərgin mübarizə şəraitində keçən oyunda hesab meydan sahibləri açıblar. İlk 30 dəqiqədə iki qol vuran fransızlar fasiləyə üstün tərəf kimi yollanıblar. İkinci hissədə "şəhərlilər" Leroy Sane ilə hesabı bərabərləşdirsələr də, onların bu sevinci çox çəkməyib. Bokoyako 5 dəqiqə sonra fərqi artırıb. Bu hesab "knyazlıq klubu"nu 1/4 finala çıxaran nəticə olduğu üçün mançesterlilər son dəqiqələri hücumda keçiriblər. Ancaq Qvardiolanın komandasının cəhdləri fayda verməyib. 3:1 hesablı qələbə "Monako"nu növbəti mərhələyə çıxarıb.



Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qvardiolaya-ok-cl-dn-getdilr-t56949.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR