Fikrət Qoca ölən oğluna şeir yazdı

Fikrət Qoca ölən oğluna şeir yazdı
10:05 16 Mart 2017
493 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.az xəbər verir ki, Fikrət Qoca dünyasını dəyişən oğlu Yalçın Qocaya yeni şeir yazıb.

Şeir Fikrət Qocanın şair dostuQəşəm Nəcəfzadə tərəfindən sosial şəbəkədə paylaşılıb.

Milli.Az şeiri sizə təqdim edir:

Mən səni qorudum uşaqlığından,
Mən səni qorudum cavanlığından,
Qorudum səni mən baba olunca
Demirəm izlədim, gəzdim dalınca...
Bu sözü atalar deyib əzəldən:
"Ac qarın özünü verər qılınca".
Bəlkə yaxşı ata ola bilmədim
Səni öz əlindən ala bilmədim.
Sən öldün, amma mən ölə bilmədim.
İndi yaşayıram qalan vaxtımı.
Yaşamaq...Yəni bu yaşamaqdımı?...

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR