Zahid Qaralov dünyasını dəyişib

Zahid Qaralov dünyasını dəyişib
12:28 7 Yanvar 2015
160 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Zahid Qaralov dünyasını dəyişib. Bu barədə Trend-ə YAP-dan məlumat verilib.

Məlumata görə, Z.Qaralov Almaniya xəstəxanalarından birində dünyasını dəyişib.

Xatırladaq ki, Qaralov Zahid İbrahim oğlu 10 iyul 1934-cü ildə Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsini bitirib. Pedaqoji elmlər doktoru, professordur. Respublikanın əməkdar müəllimidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun direktoru təyin olunub. Bir neçə dərslik və dərs vəsaitinin müəllifidir.

Məşhur 91-lərdəndir. Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədridir.

Allah rəhmət eləsin!

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR