İntihar edən yazarın xanımı yalnız bunu dedi…

İntihar edən yazarın xanımı yalnız bunu dedi…
11:13 16 Mart 2017
360 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış gənc yazar Mövlud Mövlud (Abdullayev) bu gecə intihar edib. Bu xəbər onu tanıyanları az qala şoka salıb.

Yazarın həyat yoldaşı, jurnalist Sevinc Fədai Modern.az-a açıqlamasında sarsıntı içərisində “məndən heç nə soruşmayın. Heç nə deyə bilmirəm” söyləyib.

Qeyd edək ki, hadisə martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayonu, Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/191557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR