x
Loading...
.

Gənc yazarın intiharından geridə qalan iki ürək - FOTOLAR

Gənc yazarın intiharından geridə qalan iki ürək - FOTOLAR
11:48 16 Mart 2017
155 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verildiyi kimi, gənc yazar Mövlud intihar edib. O, özünə qıymazdan əvvəl ailəsi ilə birlikdə kirayədə yaşadığı mənzilə gəlib. Qonşuların dediyinə görə, Mövlud uzun müddət imiş ki, tək yaşayırmış. Həmin gün də evə tək gəlib.

Musavat.com xəbər verir ki, yaşadığı mənzilin qapısına iki ürək şəkli vuran gənc yazar daha sonra yaxınlıqdakı 17 mərtəbəli binaya gedib.

Binanın mühafizə xidmətində çalışan şəxslər deyir ki, həmin saatda binaya girən şəxsi görməyiblər. Ancaq saat 2 radələrində binanın yuxarı mərtəbələrindən birindən yerə nəsə düşdüyünü görüblər. Binanın qarşısına yaxınlaşadıqdan sonra hadisənin intihar olduğunu biliblər.

Mərhumun meyiti hadisə yerindən aparılarkən cibindən düşən bəzi əşyaları orada qalıb.

Gənc yazarın kirayədə yaşadığı mənzilinin açarı, xırda pul əskinasları və alışqanı hadisə yerində qalıb. Mühafizəçilər həmin əşyaları aidiyyəti üzrə təhvil vermək üçün saxladıqlarını deyirlər.




Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/191565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR