Argentina yığması və Kataloniya "Barselona"sının futbolçusu Lionel Messi Suriyada müharibənin dayandırılmasını tələb etmək üçün birləşməyə çağırıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə o, öz Facebook səhifəsində yazıb.
"Müharibə üçün bir gün belə çoxdur. Suriyada isə uşaqlar artıq altı ildir ki, amansız və qəddar hərbi münaqişənin əsirinə çevriliblər. Bu, bir ata və UNİCEF-in səfiri kimi mənim ürəyimi ağrıdır. Müharibənin dayandırılması üçün öz səsinizi UNİCEF-ə əlavə edin".
Madrid "Real"ının ulduz futbolçusu Kriştianu Ronaldu da sosial şəbəkə hesablarında oğlu ilə əlində suriyalı uşağın fotosunu paylaşaraq - "Bu gün mən böyüyəndə bərbər olmağı arzulayan suriyalı Ömər haqda düşünürəm, suriyalı uşaqları qoruyun, uşaqları qoruyun" sözlərini yazıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində