x
Loading...
.

"Vesti.az" İnformasiya Agentliyinin 8 yaşı tamam olur

"Vesti.az" İnformasiya Agentliyinin 8 yaşı tamam olur
12:04 16 Mart 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün  “APA Holding”in tərkibində fəaliyyət göstərən rusdilli “Vesti.az” İnformasiya Agentliyinin yaranmasından 8 il ötür.

 

"Vesti.az" ilk gündən geniş oxucu auditoriyasının diqqətini cəlb edib. Eksklüziv materiallar, reportaj və müsahibələr “Vesti.az”ın populyar internet resurslardan birinə çevrilməsinə səbəb olub.

 

"Vesti.az" təkcə Azərbaycanda deyil, dünyada, xüsusilə MDB məkanında tanınan, ən çox istinad edilən resurslardan biridir. Agentlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallığın dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.

 

Hər gün on minlərlə oxucunun ziyarət etdiyi "Vesti.az" dünyanın tanınmış analitikləri, politoloqları ilə yanaşı Azərbaycan diasporu ilə də fəal əməkdaşlıq edir.

 

Agentliyin baş direktoru tanınmış jurnalist Araz Zeynalovdur.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269975

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR