Bakıda ilk dəfə Beynəlxalq Şopinq Festivalı keçiriləcək

Bakıda ilk dəfə Beynəlxalq Şopinq Festivalı keçiriləcək
12:13 16 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda 2017-ci ildə ilk dəfə keçiriləcək Beynəlxalq Şopinq Festivalına həsr olunan rəsmi təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Turizm Şurasının sədri, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Şura üzvləri – vergilər nazirinin müavini Sahib Ələkbərov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova və media nümayəndələri iştirak edib.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib ki, ölkəmizdə sahibkarlığın inkişafına, eləcə də Azərbaycanın turizm gəlirlərinin artmasına xidmət edəcək Bakı Şopinq Festivalına indidən bir çox ölkələrdə maraq yaranıb:

“Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə, Gürcüstan və digər yerlərdən ölkəmizə turist və müştəri axını gözlənilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli Sərəncamı bu sahənin gələcək inkişafı üçün yeni mərhələ açır. Sərəncama əsasən həyata keçiriləcək tədbirlərdən biri də paytaxtda şopinq festivallarının təşkilidir. Bu il festival aprelin 10-dan mayın 10-dək davam edəcək”.

Vergilər nazirinin müavini Sahib Ələkbərov qeyd edib ki, festivalın keçirilməsində əlavə dəyər vergisinin (ƏDV) qaytarılması işi Vergilər Nazirliyinə həvalə olunub:

“Burada da heç bir problem olamayacaq. Festival zamanı bir gün ərzində 100 manatdan artıq alış-veriş edən insanlara ƏDV qaytarılacaq. Ticarət mərkəzlərində lazımı avadanlıqlarla bağlı heç bir problem yoxdur”.

Tədbirdə qeyd olunub ki, artıq festivalın rəsmi internet saytı olan “www.bakushopfest.com” saytı da Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində fəaliyyətə başlayıb.

Vasif Həsənli,

Foto: Elçin Murad














Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/191569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR