Evlilik proqramları bağlanır: "Lazım deyil o reytinq"

Evlilik proqramları bağlanır: "Lazım deyil o reytinq"
12:27 16 Mart 2017
175 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyənin baş nazir köməkçisi Numan Kurtulmuş evlilik proqramlarının tamamilə yayımdan qaldırılması ilə bağlı son nöqtəyə gəlindiyini deyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, "bu şikayətlər bizə, prezidentə gəlir. Hazırda üzərində işləyirik. Qərarın ümumi tələbləri qarşılayacağına ümid edirik" deyib.

N.Kurtulmuş bu proqramların adət-ənənəyə, inanclara və mədəniyyətə zidd olduğunu, türk ailəsinə yaraşmadığını bildirib:

"...Deyirlər, reytinqi yüksəkdir. Lazım deyil o reytinqlər. Ailə institunu məhv edirlər, ailə məhrəmiyyətini, sirrini dağıdırlar. Çox əcaib proqramlardır. Qarşıdakı müddətdə böyük ehtimallar verilişlərin bağlanması üçün qərar qəbul ediləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/526668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR