x
Loading...
.

Nazir direktorların işə qəbulu ilə bağlı əmr imzaladı

Nazir direktorların işə qəbulu ilə bağlı əmr imzaladı
13:04 16 Mart 2017
257 Digər
Ölkə mətbuatı
A- A+

Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə əmr imzalayıb.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik yeni idarəetmə sisteminin formalaşdırılması əsas strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilmiş, idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması hədəf kimi qarşıya qoyulub.

 

Təhsil sisteminin idarəolunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin mərhələlərlə əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə səriştəli, peşəkar, yüksək idarəçilik qabiliyyətinə malik şəxslərin seçilib, yerləşdirilməsi məqsədilə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları təsdiq edilib. Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqə və apelyasiya komissiyalarının tərkibi təsdiqlənib.

 

Yerli təhsili idarəetmə orqanları tərəfindən direktor vəzifəsi vakant olan təhsil müəssisələrinin siyahısını hazırlanıb  bir həftə müddətinə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə təqdim edilməlidir.

 

Əmrə əsasən, müsabiqənin mart-avqust aylarında qaydalara uyğun təşkili və keçirilməsini təmin ediləcək.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269984

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR