x
Loading...
.

Nazir: “Ticarət festivalı Azərbaycan büdcəsinə 50 milyona qədər vəsait gətirə bilər”

Nazir: “Ticarət festivalı Azərbaycan büdcəsinə 50 milyona qədər vəsait gətirə bilər”
13:53 16 Mart 2017
Ölkə mətbuatı
A- A+

“Ticarət festivalının xərclərini Mədəniyyət və Turizm Nazirliyi çəksə də, gəlirlər nazirliyə gəlməyəcək. Festivaldan əldə edilən vəsait birbaşa dövlət büdcəsinə daxil olacaq”.

Publika.az xəbər verir ki, bunu bu gün Bakı Şopinq Festivalına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.

Ə.Qarayev deyib ki, hesablamalara əsasən iki ticarət festivalının keçirilməsi Azərbaycan büdcəsinə 50 milyon manata qədər əlavə vəsait gətirə bilər:

“Ümumi xərclər isə bu günə kimi 500 min manatı keçməyib. Əsas xərclər reklama, loqolara xərclənib. Rusiya bazarında, ərəb ölkələrində, ölkəmizdə media bazarında təbliğat işləri getməlidir. Sözsüz ki, bunlar hamısı pulsuz deyil. Rəqəmlər münasibdir. Bir milyon xərcləyib, büdcəyə 50 milyon daxil edə biliriksə, deməli, bu işi görməyə dəyər”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/191583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR