Lavrov: "Ankara ilə əməkdaşlığın bərpası Cənubi Qafqazda sabitliyə xidmət edəcək"

Lavrov: "Ankara ilə əməkdaşlığın bərpası Cənubi Qafqazda sabitliyə xidmət edəcək"
14:05 16 Mart 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya-Türkiyə arasındakı münasibətlərin normallaşmasına digər dövlətlərə zərər verən proses kimi baxmağa dəyməz. Rusiyanın gizli gündəmi yoxdur. Biz başqasının maraqlarını pozan, üçüncü ölkəyə qarşı olan siyasi və ya iqtisadi alyans yaratmırıq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın "Regional Post - Caucasus" jurnalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. 
 
Onun sözlərinə görə, Rusiya hər kəslə konstruktiv əməkdaşlığa hazırdır: "Əminik ki, aylarla çəkən böhranlı Rusiya-Türkiyə əlaqələrindən çıxan nəticə regionda qarşılıqlı anlaşmanı və inamı artıracaq. Ümid edirik ki, Ankara ilə ikitərəfli əməkdaşlığın mərhələli bərpası Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin xeyrinə olacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/526713.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR