BAKIDA MÖCÜZƏ: özünü 12-ci mərtəbədən atdı, sağ qaldı

BAKIDA MÖCÜZƏ: özünü 12-ci mərtəbədən atdı, sağ qaldı
14:19 16 Mart 2017
261 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda özünü 12-ci mərtəbədən atan şəxs sağ qalıb. Lent.az xəbər verir ki, Yeni Yasamal qəsəbəsi, Fuad İbrahimbəyli küçəsindəki binanın 12-ci mərtəbəsindən özünü atan 1998-ci il təvəllüdlü Səmədov Şahmar Canəli oğlu xəstəxanaya yerləşdirilib. Xoşbəxtlikdən o, hadisə vaxtı binanın həyətindəki ağacın üstünə düşüb və ölümcül olmayan xəsarətlər alıb.

 

 

Bildirilir ki, 19 yaşlı Şahmar Yeni Yasamalda anası ilə birgə yaşayır. Onlar Hövsan qəsəbəsində qeydiyyatdadır.

 

 

Qeyd edək ki, ilkin məlumatda Ş.Səmədovun vəfat etdiyi bildirilmişdi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269992

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR