Binəqədi-Mehdiabad yolunda hərəkət məhdudlaşdırılır

Binəqədi-Mehdiabad yolunda hərəkət məhdudlaşdırılır
14:44 16 Mart 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Binəqədi-Mehdiabad avtomobil yolunda martın 17-dən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məhdudlaşdırma səhər saatlarından tətbiq ediləcək və bir neçə gün davam edəcək. Sürücülər alternativ olaraq Binəqədi-Novxanı və Binəqədi-Balaxanı avtomobil yollarından istifadə edə bilərlər.

 

Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları xahiş olunur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269996

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR