x
Loading...
.

AFFA və UNICEF yeni layihəyə start verib - VİDEO

AFFA və UNICEF yeni layihəyə start verib -   VİDEO
15:17 16 Mart 2017
111 İdman
Ölkə mətbuatı
A- A+

AFFA və UNICEF yeni layihəyə start verib. 


Fanat.Az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, əməkdaşlıq UNICEF-in qlobal uşaq zorakılığına qarşı kampaniyası çərçivəsində həyata keçirilir.


Layihənin əsas şüarı olan “Bizə qoşul, futbolu sev, zorakılığa YOX de!” sosial şəbəkələrdə #FutboluSevZorakiligaYoxDe haştaqı ilə paylaşılır.


Kampaniya çərçivəsində 4 futbolçunun iştirakı ilə sosial videoçarx çəkilib:


Elvira Əsgərzadə – 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının qapıçısı


Maksim Medvedev – Azərbaycan milli komandasının müdafiəçisi


Həqiqət Qasımova – 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının müdafiəçisi


Qara Qarayev – Azərbaycan milli komandasının yarımmüdafiəçisi


Videoçarx AFFA-nın martın 15-də keçirilmiş Hesabat Konfransında UNICEF nümayəndəsi Min Yuanın təqdimatı ilə futbol ictimaiyyətinə və mətbuat nümayəndələrinə nümayiş etdirilib.


Bakının müxtəlif yerlərində mövzuya aid reklam lövhələri quraşdırılacaq və il ərzində uşaq futbolunda çalışan məşqçilərə futbol oyunları zamanı, məşq prosesində və digər situsiyalarda zorakılığı aradan qaldırmaq barədə kitabçalar paylanacaq.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-v-unicef-yeni-layihy-start-verib-t56964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR