Azərbaycan gimnastı: "Bu çıxışımı anama həsr edirəm"

Azərbaycan gimnastı: "Bu çıxışımı anama həsr edirəm"
15:32 16 Mart 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

"Mən bu çıxışımı anama həsr edirəm".

Milli.Az xəbər verir ki, bunu Trend-ə bu gün Bakıda keçirilən idman gimanstikası üzrə Dünya Kuboku yarışlarında sərbəst hərəkətlərdə çıxış edən Azərbaycan gimnastı Murad Ağarzayev deyib.

Gimnast bildirib: "Mən belə yaxşı nəticələr gözləmirdim. Həyəcanlıyam. Mən bu çıxışı anama həsr edirəm".

İdmançı daha sonra əlavə edib ki, növbəti mərhələlərdən gözləntiləri böyükdür və karyerasında ilk dəfə olaraq finala çıxmağa iddialıdır".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edəcək.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR