Müsavat Partiyası AXCP-yə müttəfiqlik təklif edəcək

Müsavat Partiyası AXCP-yə müttəfiqlik təklif edəcək
12:32 7 Yanvar 2015
126 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 12:29 ]

Bakı. Etibar Məmmədov – APA. “Biz Azərbaycan Xalq Cəbhəsi Partiyasını real müxalifət qüvvəsi hesab edirik”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən müəyyən siyasi partiyalara müttəfiqliklə bağlı təkliflər göndəriləcək və Xalq Cəbhəsi Partiyasına da bu istiqamətdə əməkdaşlıq təklif olunacaq: “Ancaq təklifin formasını müəyyən müddətdən sonra müəyyənləşdirəcəyik”.

 

AXCP-nin təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirli isə APA-ya açıqlamasında Müsavatla əməkdaşlıq barədə partiyada hər hansı müzakirə aparılmadığını vurğulayıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368252

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR