Təcili tibbi yardım yerinə yanğınsöndürən çağırdılar, xəstə öldü - GƏNCƏDƏ

Təcili tibbi yardım yerinə yanğınsöndürən çağırdılar, xəstə öldü - GƏNCƏDƏ
16:05 16 Mart 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində qıcolma tutan şəxsin qohumları səhvən yanğın söndürənləri çağırıblar, xəstə ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, şəhərin Məhsəti Gəncəvi qəsəbəsində yaşayan sakin qıcolma keçirib. Bu zaman onun yaxınları təcili yardım əvəzinə səhvən Fövqəladə Hallar Nazirliyinin 101 qaynar xəttinə zəng vuraraq hadisə yerinə yanğın söndürən maşın çağırıblar. Nazirliyin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, çağrış əsasında deyilən ünvana 4 yanğınsöndürən maşın göndərilib.
 
Daha sonra çağırışın səhvən olduğu məlum olub və hadisə yerinə təcili tibbi yardım çağrılıb. Təcili tibbi yardım maşını hadisə yerinə gələnə qədər xəstə ölüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR