Elbasanda "Qarabağ"lıların dueli

Elbasanda "Qarabağ"lıların dueli
16:17 16 Mart 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

Bosniya və Herseqovina millisinin heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, baş məşqçi Mehmet Bazdareviç 23 futbolçuya dəvət göndərib.

Siyahıda Azərbaycanda oynayan futbolçu da var. Belə ki, "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Bosniya və Hersoqovina çağırılıb.

Bosniya və Herseqovina - Cəbəllütariq matçı martın 25-i Zenitsada keçiriləcək. Albaniya ilə yoldaşlıq matçı isə martın 28-də Elbasanda baş tutacaq. 

Albaniya millisində "Qarabağ"ın digər üzvü Ansi Aqolli çıxış edir. Albanlar hələ heyəti açıqlamasa da, Aqolli böyük ehtimalla milliyə dəvət alacaq və komanda yoldaşı ilə yoxlama oyununda üz-üzə gələcək.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-elbasanda-quotqarabaquotllarn-dueli-t56966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR