Eldar Əzizov Bakıda nəhəng xonça hazırlatdırıb, kabab payladı - FOTOLENT

Eldar Əzizov Bakıda nəhəng xonça hazırlatdırıb, kabab payladı - FOTOLENT
16:39 16 Mart 2017
204 Digər
Ölkə mətbuatı
A- A+

 

Novruz bayramı münasibəti ilə Səbail rayonunun Badamdar qəsəbəsində bayram şənliyi təşkil olunub.

 

Lent.az-ın məlumatına görə, şənlikdə qəsəbənin sakinləri ilə yanaşı, əsgərlər, həmçinin, Səbailin icra başçısı Eldar Əzizov, Bakıya səfərə gəlmiş Polşa Respublikası Varşava şəhəri Praqa Poludni (Cənubi Praqa) rayonunun Burmistri Tomaş Kuxarski və onun müavini Mixal Veremeycik və digər qonaqlar iştirak edib. Badamdarın böyük bayram xonçası sakinlərə təqdim olunub.

 

Novruz xonçasındakı şirniyyatlar sakinlərə və hərbi hissənin əsgərlərinə paylanıb, eyni zamanda qəsəbənin ictimai-iaşə obyektləri tərəfindən 30-dan çox qoyun kəsilib, hazırlanmış kabab və digər milli yeməklər sakinlərə pulsuz təqdim olunub.

 

Məhəllədəki şənlik gün ərzində davam edib.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR