Məşhur klub "Qəbələ"ni baş məşqçisiz qoymaq istəyir

Məşhur klub "Qəbələ"ni baş məşqçisiz qoymaq istəyir
17:07 16 Mart 2017
153 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk yenidən Kiyev "Dinamo"sunun gündəminə gəlib. Fanat.Az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.


Həmkarlarımızın iddiasına görə, Qriqorçuk Kiyev “Dinamo”sunun baş məşqçi vəzifəsinə namizədlərdən biridi. Onunla yanaşı, "Verder" sabiq çalışdırıcısı Viktor Skpripnik və və hazırda Moskva “Dinamo”suna başçılıq edən Yuri Kalitvinstev namizədlər siyahısındadı.


Klub prezidenti İqor Surkisin hazırkı başa məşqçi Sergey Rebrovu bu 3 mütəxəssisdən biri ilə əvəz etmək istəyir.


"Dinamo" hazırda Ukrayna çempionatında 43 xalla 2-ci pillədə qərarlaşıb. Paytaxt klubu lider "Şaxtyor"dan 16 xal geri qalır.  


Qeyd edək ki, daha əvvəl də Ukrayna mətbuatında Qriqorçukun "Dinamo"nu çalışdıracağı haqda xəbərlər yayılmışdı.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mhur-klub-quotqblquotni-ba-mqcisiz-qoymaq-istyir-t56967.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR