x
Loading...
.

“HTC 11” smartfonunun təqdimat tarixi məlum olub

“HTC 11” smartfonunun təqdimat tarixi məlum olub
17:35 16 Mart 2017
Ölkə mətbuatı
A- A+

Ötən il təqdim edilən “HTC 10” smartfonunu əvəz edəcək yeni qabaqcıl “HTC 11” smartfon modelinin martın 20-də təqdim ediləcəyi gözlənilir. Buna Tayvan şirkəti “Facebook” səhifəsində dərc etdiyi “Spring is coming” (“Yaz gəlir”) şəkili və “HTC” sizin üçün sürpriz hazırlayıb” ifadəsini dərc etməklə işarə edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, şirkətin “sürpriz” sözü ilə “HTC 11” smartfonunu nəzərdə tutması ehtimal olunur.

Əvvəlki qabaqcıl modelin ötən ilin aprelində nümayiş olunması səbəbindən martın sonu yeni təqdimat üçün əlverişli vaxt hesab edilir. Bundan başqa, yeni “HTC” qurğusu bu yaxınlarda “G6” modelini nümayiş etdirən “LG” şirkətinə və martın 29-da “Galaxy S8” smartfonunun təqdimatını keçirməyi planlaşdıran “Samsung” istehsalçısına cavab ola bilər.

Məlumata görə, “HTC 11” smartfonu “Qualcomm” şirkətinin istehsalı olan ən müasir “Snapdragon 835” prosessoru, “Sense 9.0” interfeysli “Android Nougat 7.1.2” əməliyyat sistemi, 2550x1556 piksel təsvir ölçülü ekran, 6 giqabayt operativ, 128 giqabayt quraşdırılmış yaddaş ilə təchiz ediləcək.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46708-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR