Avropada 100 illik din müharibələri başlayır – DƏHŞƏTLİ PROQNOZ

Avropada 100 illik din müharibələri başlayır – DƏHŞƏTLİ PROQNOZ
18:03 16 Mart 2017
154 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu Niderlanda ötən gün keçirilən seçkilərin nəticələrini qiymətləndirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazir seçkilərin nəticələrinin Avropanın çökməyə başladığının göstəricisi olduğunu deyib.

“Seçkilər başa çatdı. Aldıqları səslər bir-birinə yaxındər. Sosial demokratla faşist Vilders arasında heç bir fərq yoxdur. Bununla Avropanı hara aparırsınız? Avropanı çökdürməyə başladınız, Avropanı uçuruma aparırsınız”, - deyə Çavuşoğlu bildirib.

Türkiyə xarici siyasət idarəsinin başçısı Avropada din döyüşlərinin başlanacağı barədə xəbərdarlıq edib:

“Bunlar Avropanı din döyüşlərinə aparırlar. Yaxın vaxtlarda Avropada din döyüşləri başlayacaq. Avropa əvvəllər 100 il döyüşdülər. Avropanın tarixinə baxın, bir qram utanma hissi varsa, bir-birlərinin üzlərinə baxa bilməzlər. Fərqli dinlərdən olduqları üçün 100 il bir-birlərini kəsdilər. Amma sonra bundan dərs aldılar, Avropa Birliyi və Avropa Şurası quruldu. Avropa indi də köhnə günlərə gedir”.

Qeyd edək ki, dünən Niderlandda parlament seçkiləri keçirilib. Seçkilərdə 33 mandat qazanan baş nazir Mark Ruttenin lideri olduğu Azadlıq və Demokratiya üçün Xalq Partiyası (VVD) qələbə qazanıb.

İrqçi və anti-islam bəyanatları ilə gündəmdən düşməyən Gert Vildersin ifrat sağçı Azadlıq Partiyası (PVV) isə ikinci olub.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR