BDU-nun "Gənc istedadlar" liseyində Novruz şənliyi - FOTOLAR

BDU-nun "Gənc istedadlar" liseyində Novruz şənliyi - FOTOLAR
19:08 16 Mart 2017
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı DövlətUniversitetinin "Gəncistedadlar" liseyində Novruzbayramı münasibətilə tədbirkeçirilib.

Universitetdən Publika.az-a verilən məlumata görə, tədbiri direktor, professor Qasım Hüseynov açaraq, bayram münasibətilə liseyin müəllim-şagird kollektivini təbrik edib.

Sonra liseyin 5 “r” sinif şagirdlərinin təqdimatı ilə maraqlı səhnəсiklər göstərilib, Bahar bayramı ilə bağlı şeirlər səsləndirilib, rəqslər nümayiş olunub.

5 “r”-in sinif rəhbəri, liseyin informatika müəllimi Zəhra Qasımova , rus dili və ədəbiyyatı müəllimi Yeganə Qarayeva və musiqi müəllimi Kəmalə Əliyeva tərəfindən hazırlanan tədbir maraqla qarşılanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/191645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR