Elmar Məmmədyarov Franko Frattini qəbul etdi

Elmar Məmmədyarov Franko Frattini qəbul etdi
19:12 16 Mart 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar Məmmədyarov V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini qəbul edib.

Milli.Az bildirir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə 2017-ci ildə Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu xatırlanaraq, bu illər ərzində iki dövlət arasında əməkdaşlığın müxtəlif sahələrində yüksək səviyyəli münasibətlər qurulduğu qeyd olunub.

Xüsusilə iqtisadi sahədə əməkdaşlıqdan bəhs edilərək, bu xüsusda TAP layihəsinin regional əhəmiyyətinə toxunulub.

Həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin cari durumu və perspektivlər barəsində fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı maraq doğuran regional və qlobal məsələlərə dair müzakirələr aparılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/526918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR