Novruz bayramı ərəfəsində paytaxt sakinlərinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatı artır. Bu səbəbdən də həm Kənd Təsərrüfatı Nazirliyi, həm də Bakı şəhər İcra Hakimiyyəti istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə müxtəlif ərazilərdə satış yarmarkaları və çadırlar qurub. Sözügedən yarmarkalarda müxtəlif ərzaq və kənd təsərrüfatı mallarınının bazardakı qiymətlərlə müqayisədə daha ucuz qiymətə satışa çıxarıldığı qeyd olunur.
Milli.Az xəbər verir ki, qafqazinfo bazarlarla satış yarmarkalarını müqayisə etmək üçün bir neçə ərazidə olub. Əvvəlcə Binəqədi kənd təsərrüfatı yarmarkasına yollansaq da, bazarın sabahdan fəaliyyətə başlayacağını bildirdilər. Yarmarkada sadəcə bir satıcı var idi, onun da piştaxtasına sadəcə alma düzülmüşdü.
Daha sonra gediş gəlişin daha çox olduğu Nərimanov metrosunun qarşısında qurulmuş çadırlara yollandıq. Çadırlarda bayram ərzaqları ilə yanaşı həm də müxtəlif aksesuarlar, şüşə qab-qacaq düzülüb. Əsas üstünlük isə çərəz və bayram atributlarına verilib. Sıra ilə düzülmüş səmənilərin qiyməti isə, demək olar ki, standartdır: göyərçinli 2 manat, göyərçinsiz 1 manat.
Çadırda yer alan çərəzlərin qiymətinə nəzər salaq:
Qoz ləpəsi: 18-20 manat
Ərik: 10-15 manat
Fındıq ləpəsi: 16-20 manat
Kişmiş: 8-16 manat
Püstə: 22-24 manat
İnnab: 6-10 manat
Şabalıd: 12 manat
Qabıqlı qoz: 7-10 manat
Qabıqlı fındıq: 7-8 manat
Ukraynadan gətirilmiş şokolodlar: kilosu 6 manat
Metro çıxışlarında qurulmuş bu yarmarkalarda qiymətlərin daha münasib olması və ərazi baxımından əlçatımlılıq alıcıları daha çox cəlb edir. Odur ki, bazarlardan fərqli olaraq metro çıxışlarında piştaxta quran satıcılar burada əhalinin alıcılıq qabiliyyətinin yüksək olduğunu söyləyib.
Satıcılar bildirib ki, sakinlər qoz-fındıqdan başqa digər məhsullardan daha çox 300-500 qram almağa üstünlük verir. Qiymətlər həm keyfiyyət, həm də bölgələrə görə dəyişir.
Daha sonra "Keşlə" bazarına yollanırıq. Alıcılıq baxımından bayaq müşahidə etdiyimiz mənzərəni burada görmək elə də mümkün deyil. Bayram günlərinə az müddət qalmasına baxmayaraq, piştaxtaların qarşısında elə bir alıcı sızlığı gözə dəymir. Bir neçə məhsulun qiymətini çadırlarla müqayisə etdiyimiz zaman bəzilərində az, bəzilərində isə xeyli fərq olduğunu gördük. Odur ki, sakinlər daha çox çadır və yarmarkalardan alış-verişə üstünlük verir.
Bazarda isə qiymətlər belədir:
Qabıqlı fındıq: 8 manat
Qabıqlı qoz: 12-17 manat
Şabalıd: 15 manat
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində