x
Loading...

Kabel oğruları tutuldu

Kabel oğruları tutuldu
21:12 16 Mart 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Binəqədi rayon polis idarəsinin əməliyyatçıları hərbi hissədən kabelləri oğurlayan şəxsləri saxlayıb. Məlum olub ki, həmin şəxslər oğurladıqları kabelləri yandırıb içindən çıxan misi satıblar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hərbi hissəyə məxsus kabelləri oğurlayan dəstə saxanılıb. Müdafiə Nazirliyndən Binəqədi rayon polis idarəsinə məlumat verilib ki, ''N'' saylı hərbi hissələrdən birindən 327 metr kabel oğurlanıb. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis şübhəli kimi 3 nəfəri saxlayıb. Xocasən qəsəbə sakinləri 54 yaşlı İsrafil Ağaverdiyev, 39 yaşlı Maarif Cəfərov və 42 yaşlı Elman Əsədullayev oğurladıqları kabelləri Alatava yaşayış məssivində metal qəbulu məntəqələrinə satmalarını etiraf ediblər. Maarif Cəfərovun sözlərinə görə, kabeli Xocahəsən gölündə balıq tutmağa gedəndə görüb.
Saxlanılan şəxslər ayrı ayrı vaxtlarda ümumilikdə 327 metr kabel oğurlayıblar. Oğurlanan kabelin qiyməti 4 min 437 manat təşkil edib. Saxlanılan şəxslər kabeli 520 manata satıblar.Əvəllər Cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə məhkum olunaraq həyatının 15 ilini cəza çəkmə müəssəsində keçirən 54 yaşlı İsrafil Ağaverdiyevə Maarif 27 manat pul verib.
Saxlanılan Elman Əsədullayev oğurluqda bir dəfə iştirak etdiyini deyib. Elmanın sözlərinə görə metal qəbulu məntəqələrinə satılan kabelin pulundan ona cəmi 44 manat çatıb.
Faktla bağlı saxlanılan şəxslər barəsində rayon polis idarəsində cinayət işi başlanıb, istintaq davam edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/526942.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR