Dörd sadə üsulla xərçəngin qarşısını alın

Dörd sadə üsulla xərçəngin qarşısını alın
21:22 16 Mart 2017
460 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-da aparılan bir araşdırma nəticəsində, çox sadə səhiyyə tədbirlərilə xərçəng xəstəliklərinin 70% nisbətlə qarşısının alınmasının mümkün olduğu məlum olub.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bədənin kütlə indeksinə diqqət etmək, müntəzəm idman etmək, spirtli içkiləri və siqareti tərk etmək insanı xərçəng bəlasından qoruduğu kimi, ömrü də uzadır.
ABŞ-da nəşr olunan Jama Oncology adlı tibb jurnalında, xərçəng xəstəliklərinə yoluxma nisbətinin necə azaldılacağına dair bir araşdırmanın nəticələri qeyd olunub. Aparılan araşdırmaya görə, çox sadə tədbirlərlə xərçəng xəstəliklərinin aşkar edilməsinin 40-70% qarşısını almaq mümkündür. Bu sadə tədbirlər, həmçinin xərçəng hadisələrinin ölümlə nəticələnməsini 50% azalda bilir. Xəstəlikdən və təsirlərindən xilas olmağın isə dörd sadə üsulu var:
1. Bədənin kütlə indeksinin 17,5 ilə 27,5 arasında olması.
2. Hərəkətli olmaq və müntəzəm olaraq idman etmək.
3. Spirtli içkilərin qəbulunun tamamilə dayandırılması.
4. Siqaret çəkməyi tərk etmək.
Araşdırmanı Massaçusetsdəki General Hospitaldan Minqyanq Sonq və Harvard Tibb Fakültəsindən Edvard Giovannuççi birlikdə aparıblar. Araşdırmada 140 min ABŞ vətəndaşının səhhəti ilə bağlı məlumatlar yoxlanılıb. Xərçəngə yoluxma riski yüksək olan kişilərdə bu qaydalara əməl etməyənlərin, edənlərə nisbətən 33% daha çox bir nisbətdə ağır xəstəliyə yoluxma riskini ortaya çıxarıb. Həmin fərdlərin xərçəngdən ölmə riski, digər qrupa görə 44% daha çoxdur. Qadınlar arasında isə rəqəmlər bir az aşağıdır. Yüksək risk qrupunda olan qadınlar sırasında, qaydalara əməl etməyənlərin 25% daha çox xərçəngə yoluxma riski var. Xərçəng səbəbilə ölüm riski 48% kimi qeyd olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/526128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR