“Beşiktaş” “Olimpiakos”a, “Mançester Yunayted” “Rostov”a qarşı - YENİLƏNİR

“Beşiktaş” “Olimpiakos”a, “Mançester Yunayted” “Rostov”a qarşı - YENİLƏNİR
21:52 16 Mart 2017
118 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün UEFA Avropa Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş tutacaq qarşılaşmalardan sonra 1/4 finala yüksələcək bütün komandaların adlarına aydınlıq gələcək.

8 oyundan 3-ü saat 22:00-da start götürəcək ki, bu matçlarda "Beşiktaş" "Olimpiakos"u, "Krasnodar" "Selta"nı, "Genk" isə "Gent"i qəbul edəcək.

İstanbul təmsilçisi Yunanıstandan sərfəli nəticə ilə dönüb. Şenol Günəşin komandası səfərdə vurduğu qolun və əldə olunan bərabərliyin verdiyi üstünlüklə növbəti tur axtarışında olacaq. "Qara qartal"a ən pis halda qolsuz bərabərlik də sərf edəcək.

"Selta" isə Rusiyaya heç də rahat yollanmayıb. Belə ki, "Krasnodar" səfərdə uduzsa da, "öküzlər"in də rəqib meydanda vurduğu qola görə şansları davam edir. Bu isə viqolulara rahatlaşmamağa əsas verir.

"Genk" - "Gent" cütlüyündə isə meydan sahibləri demək olar ki, turun taleyini həll ediblər.

Saat 00:05-də start götürəcək oyunlarda isə demək olar ki hər oyunda azarkeşlər gərgin rəqabətə şahidlik edəcəklər. Çünki ilk oyunlardan sonra aşkar üstün olan komanda yoxdur.

UEFA Avropa Liqası

1/8 final, cavab görüşləri

16 mart

22:00. "Beşiktaş" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan)

Baş hakim: Maykl Oliver (İngiltərə)

İstanbul, "Vodafone Arena"

İlk oyun - 1:1

22:00. "Krasnodar" (Rusiya) - "Selta" (İspaniya)

Baş hakim: Ruddi Buke (Fransa)

Krasnodar stadionu

İlk oyun - 1:2

22:00. "Genk" (Belçika) - "Gent" (Belçika)

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya) 

Genk, "Luminus Arena"

İlk oyun - 5:2

00:05. "Borussiya" (Mönhenqladbax, Almaniya) - "Şalke" (Almaniya)

Baş hakim: Mark Klattenburq (İngiltərə)

Mönhenqladbax, "Borussia-Park"

İlk oyun - 1:1

00:05. "Anderlext" (Belçika) - APOEL (Kipr) 

Baş hakim: Aleksey Kulbakov (Belarus)

Brüssel, "Konstant Vanden Stok"

İlk oyun - 1:0

00:05. "Ayaks" (Hollandiya) - "Kopenhagen" (Danimarka)

Baş hakim: İvan Krujlyak (Slovakiya)

"Amsterdam Arena"

İlk oyun - 1:2

00:05. "Roma" (İtaliya) - "Lion" (Fransa)

Baş hakim: Viktor Kassai (Macarıstan)

Roma, "Olimpiko"

İlk oyun - 2:4

00:05. "Mançester Yunayted" (İngiltərə) - "Rostov" (Rusiya)

Baş hakim: Gediminas Majeyka (Litva)

Mançester, "Old Trafford"

İlk oyun - 1:1

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526955.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR