6300 siqaret gömrükdə "ilişdi"

6300 siqaret gömrükdə "ilişdi"
21:53 16 Mart 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Nazlifan LF7132/2-320” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, yoxlama zamanı avtomobilin ön və arxa buferlərinin altından, yük yerinin qabağında xüsusi düzəldilən yerdən və salonundan gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan 6300 ədəd “Dubao” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/191649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR