x
Loading...

Fransada litseydə atışma

Fransada litseydə atışma
22:42 16 Mart 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın Qras şəhərində litseydə atışma olub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki,hadisənin terror aktı olmadığı, şəxsi münaqişə zəminində törədildiyi müəyyənləşib. Belə ki, ilkin xəbərə əsasən, 17 yaşlı oğlan litsey rəhbərliyinə atəş açıb. Nəticədə direktor və daha 7 nəfər yaralanıb.

Hadisəni törədən gəncin iki tapança, ov bıçağı və iki təlim qumbarası ilə silahlandığı bildirilir. Yerli KİV-in məlumatına görə, onun hədəfi məktəb direktoru olub.

Artıq həmin şəxs saxlanılıb, onunla əlbir olduğu ehtimal olunan şəxs isə axtarılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/526967.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR