Qız uşaqlarına yetkinliyi nə vaxt izah edək? – ANALAR, DİQQƏTLİ OLUN

Qız uşaqlarına yetkinliyi nə vaxt izah edək? – ANALAR, DİQQƏTLİ OLUN
22:57 16 Mart 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Kolumbiya Universitetinin apardığı araşdırmalardan birinə görə, ABŞ-da yaşayan az gəlirli ailələrə mənsub qız uşaqları yetkinlik və menstruasiya dövrü mövzusunda kafi məlumata sahibdirlər. Bu faktı bir çox ölkələrə aid etmək olar.

Milli.Az lent.az-a istinadən qızlara yetkinlik dövrünün izah edilməsi ilə bağlı mütəxəssislərin fikirləri ilə sizi də tanış edir.
İlk növbədə onu bildirək ki, yetkinlik dövrü həm fiziki, həm də zehni baxımdan qadınların həyatının əhəmiyyətli dövrlərindən birdir. Bəs niyə bu dərəcədə məlumat azlığı var? Bir çox gənc qızlar ya rəfiqələri vasitəsilə, ya da özləri müxtəlif mənbələrdən məlumat əldə etməyə çalışırlar. Lakin bunların çoxu səhv və qeyri-dəqiq olur. Halbuki müasir cəmiyyətdə bu qədər məhdud məlumat mübadiləsi ağlasığan deyil.
 
Qız uşaqlarına yetkinlik dövrü barədə izah edilməli ilk mövzu menstruasiyadır. Mütəxəssislər bildirir ki, yetkinlik yaşı getdikcə aşağı düşür. Qızlarda cinsi yetkinlik 8-12 yaşlar arasında dəyişir. Bu səbəbdən də yetkinlik və menstruasiya dövrü ilə əlaqədar məlumatlar 6-7 yaşlarında verilməlidir. Bu yaş qrupunda olan uşaqlar isə hələ ibtidai təhsil aldıqları üçün mütəxəssislər belə qənaətə gəlir ki, onlara elə təməl biliklərlə yanaşı cinsi təhsil də verilməlidir.
 
Yetkinlik haqda əvvəldən məlumatlı olmaq uşağın zehni inkişafı baxımından da əhəmiyyətlidir. Bədənində yaşanan bir sıra dəyişikliklərlə əlaqədar utanmamağı öyrənmək onu bəlkə də ən çox rahatlaşdıran məsələ olar. Yetkinlik dövründə yaşanan utancaqlıq gələcəkdə bir çox səhv addımların atılması ilə nəticələnir.
 
Qızı ilə yetkinlik mövzusunda danışarkən anaların seçdiyi söz və ifadələr çox əhəmiyyətlidir. Bir çox anaların ən çox etdiyi səhv də menstruasiyaya "xəstələnmək"  demələridir. Halbuki menstruasiya dövrü heç də xəstəliklə bağlı dəyişiklik deyil. Təbii ki, bədəndə baş verən dəyişiklikdir. Lakin menstruasiya olan qız xəstə deyil. Bu dövrün xəstəliklə əlaqələndirilməsi qız uşaqlarının özünü təcrid və pis hiss etməsinə gətirib çıxarır. Ən əhəmiyyətli məqam bu prosesin çox normal olduğunu başa salmaqdır.
 
Qızın anası ilə hər zaman bütün mövzularda danışa bilməsi çox vacibdir. Lakin utancaqlıq yaşana biləcəyi üçün ona əvvəlcə təməl məlumatlar verməlisiniz. Onun suallarından əvvəl isə siz mütləq özünüz də məlumatlanmalı və ya mütəxəssislə məsləhətləşməlisiniz. Fərqli qaynaqlardan bəhrələnsəniz, suallara daha doğru cavab verərsiniz.
 
Qızlarda yetkinliyin fiziki mərhələləri hansılardır?
 
- Döşlərdə gərginlik, genital bölgədə və qolların altında tüklənmə, bədən qoxusunda dəyişiklik və boy artımı
 
- Döşlər böyüyür, tüklər tündləşir, vaginal axıntı olur, üz və bədənin başqa yerlərində çivzə yaranır.
 
- İlk menstruasiya yaşanar və döş ucu ətrafı dəyişir.
 
Ümumiyyətlə, yetkinlik 12-13 yaşlarında yaranır. Amma 8 yaşından sonra inkişafla bağlı olaraq hər an yaşana bilər. 8 yaşından əvvəl döşlərdə böyümə və genital bölgədə tüklənmə baş verərsə, bu, erkən yetkinlik əlamətləridir. Bu vəziyyətdə mütləq həkimə müraciət edilməli və lazımi məlumat alınmalıdır.
 
14 yaşa çatana qədər döşlərdə böyümə baş vermirsə və ya döşlər böyüsə də, 4-5 il menstruasiya başlamırsa, bu, gecikmiş yetkinlik hesab olunur. Bu halda da mütləq həkimə müraciət edilməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/526875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR