x
Loading...

Qadın xəstəlikləri, növləri və müalicəsi

Qadın xəstəlikləri, növləri və müalicəsi
23:12 16 Mart 2017
775 Ölkə
Ölkə mətbuatı
A- A+

Statistikanın hesablamalarına görə qadınların 60%-i ginekoloji xəstəliklərdən əziyyət çəkir.Ekspertlər isə bu göstəricinin daha da yüksək olduğunu və bəzi qadınların həkim müayinəsindən belə keçmədiyini qeyd edirlər.Qadın xəstəlikləri yumurtalıq və yumurtalıq artımlarının xəstəlikləri olmaqla qeyd edilir.Bu xəstəliklər iltihabi proseslər,hormonal pozğunluqlar,endometriumun xəstəlikləri və şiş xəstəlikləri şəklində özünü biruzə verir.Ginekoloqlar həkimə iltihabi xəstəliklərdən əziyyət çəkən qadınların çox illər əvvəldən bu əlamətlərin meydana çıxdığını söyləyirlər.Ginekoloqlar qadınlarda baş verən iltihabi xəstəliklərin qadınların orqanizminə və aktiv həyatına mənfi təsir etdiyini söyləyirlər.Qadın cinsiyyət üzvlərinin əmələ gətirdiyi ən böyük problemlərdən biri isə bu xəstəliklərin qadının hamilə qala bilməsinin qarşısını alır.Qadın cinsiyyərt orqanlarının xəstəliklərini aşağıdakı qruplara bölürlər:

İnfeksion xəstəliklər

Milli.Az immunitet.az-a istinadən bildirir ki, bu xəstəliklərə uşaqlıq,uşaqlıq yolu,yumurtalıq və yumurtalıq artımlarının iltihabi xəstəlikləri aiddir.Bu xəstəliklər əsasən cinsi yolla yoluxur.Xəstəliyin törədiciləri xlamidoz,trixomoniaz,qonoreya,kandidalar və s. digər mikrob və bateriyalardır.Xəstəliyə diaqnoz yaxmanın mikroskopik müayinəsi vasitəsilə qoyulur və törədiciyə uyğun müalicə aparılır.

Endokrin xəstəliklər

Endokrin sistemin pozulmaları səbəbli baş verən qadın xəstılikləri hipofizin,böyrəküstü vəzin,yumurtalıqların funksiyasının pozulması zamanı baş verir.Bu səbəbdən baş verən xəstəliklər qadınlarda hamiləliyin baş verməməsinə,aybaşı pozğunluqlarına və hətta qadınların xarici görünüşündə baş verən dəyişiklikərə səbəb olur.Hormonal sistemdə baş verən pozğunluqlar qadınların cinsi həyatına da mənfi təsir edir.Endokrin səbəbli baş verən qadın xəstəlikləri anadangəlmə və qazanılma ola bilir.Bu xəstəliklər sonsuzluğa,piylənməyə səbəb olur.

Şiş xəstəlikləri

Qadın cinsiyyət orqanlarında baş verən şiş xəstəlikləri xoşxassəli və bədxassəli olmaqla iki yerə ayrılır.Şiş xəstəliklərin əmələ gəlməsi qadınların yaşından asılı olmur.Şiş toxuması bədxassəli olduqda digər orqanlara da yayılaraq xəstəliyi daha da ağırlaşdıra bilir.Bəzən ginekoloji şiş xəstəlikləri həkimin təsadüfi müayinəsi zamanı meydana çıxır.Bu səbəbdən də mütəxəssislər qadınların ildə ən azı 2 dəfə ginekoloqa müraciət etməsini məsləhət bilirlər.

Ginekoloji xəstəliklərin əlamətləri

Qadın cinsiyyət orqanları xəstəliklərinin əlamıətləri aşağıdakılardır:
* Aybaşı pozğunluğu,onun xarakteri(uzunmüddətli,qanaxmaya meyilli və s.)
* Ağrı(aybaşı və ya cinsi əlaqə zamanı),qarının dibində kəskin ağrılar
* Axıntı(törədicinin xüsusiyyətinə uyğun olaraq ağ,sarı,iltihablı,qanlı,pis iyli ola bilir)
* Qaşınma(kandidoz səbəbli baş verir)
Müalicəsi
Qadın xəstəliklərinin müalicəsi xəstəliyin növünə uyğun olaraq aparılır.İltihabi xəstəliklərin müalicəsində antibiotik,ümumi qüvvətləndirici və fizioterapevtik müalicə üsullarından istifadə edilir.
Göbələklər və ya bakteriyalar səbəbli baş verən xəstəliklər xəstəliyin törədicilərinə uyğun olaraq aparılır.
Qadın cinsi orqanlarının şiş xəstəlikləri xəstəliklərin ağırlıq dərəcəsinə uyğun olaraq cərrahi,radioterapiya və ya lazer terapiyası ilə aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/526125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR