Moskvada taksi sürücüləri atışdılar: iki erməni yaralanıb

Moskvada taksi sürücüləri atışdılar: iki erməni yaralanıb
23:57 16 Mart 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Moskvada qanuni və qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülər arasında münaqişə atışma ilə nəticələnib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, insident nəticəsində qanunsuz taksi fəaliyyəti ilə məşğul olan iki Ermənistan vətəndaşı yaralanıb.
 
Məlumata görə, hadisə Moskvanın Solntsevo rayonunda baş verib. Reanimasiyaya yerləşdirilən erməni qardaşlardan biri başından, digəri isə bel və ayaq nahiyəsindən xəsarət alıb.  
 
Fakt üzrə cinayət işi başlanıb. İnsidentlə əlaqədar saxlanılan yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/526980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR