x
Loading...
.

34 yaşlı hücumçu milliyə çağırıldı

34 yaşlı hücumçu milliyə çağırıldı
04:43 17 Mart 2017
121 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə millisinin Almaniya və Litva ilə oyunlar üçün heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Qaret Sautqeyt qarşıdakı matçlarda 26 futbolçunun xidmətindən yararlana biləcək.

Milliyə dəvət alan futbolçuların siyahısını təqdim edirik.

Qapıçılar: Freyzer Foster, Co Hart, Tom Hiton

Müdafiəçilər: Rayan Bertran, Qari Keyhil, Nataniel Klayn, Fil Cons, Luk Şou, Kris Smollinq, Maukl Kin, Con Stouns, Kayl Uoker

Yarımmüdafiəçilər: Delle Alli, Erik Dayer, Maykl Antonio, Ross Barkli, Adam Lallana, Cess Linqard, Ceyk Livermor, Aleks Oksleyd-Çemberleyn, Natan Redmond, Ceyms Uord-Prous, Rahim Sterlinq

Hücumçular: Cermeyn Defo, Markus Reşford, Ceymi Vardi

Qeyd edək ki, “Sanderlend”in bombardiri Cermeyn Defo 3 il yarım sonra ilk dəfə yığma komandaya dəvət alıb. 34 yaşlı oyunçu sonuncu dəfə 2013-cü ilin noyabrında əsas komandanın formasını geyinmişdi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/191675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR