Goranboyda oğurluq - FOTOLAR

Goranboyda oğurluq - FOTOLAR
05:38 17 Mart 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy rayonunda oğurluq hadisəsi baş verib.

"Report" xəbər verir ki, rayonun Təhlə kəndi ərazisində subartezian quyusunun misdən olan elektrik kabelləri axşam saatlarında naməlum şəxslər tərəfindən oğurlanıb.

Belə ki, kənd sakini Rafael Muradovun istifadə etdiyi artezian quyusunun naqillərinin 100 metrdən artıq hissəsi - yolun kənarındakı artezian qurğusunu işə salmaq üçün transformatordan ayrılan 3 eyni ölçülü, işə salan mexanizm və su nasosuna birləşdirilən mis naqillər kəsilərək aparılıb.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Fakt araşdırılır.






Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/191677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR