Dünya bu düymədən danışır (FOTO)

Dünya bu düymədən danışır (FOTO)
12:46 7 Yanvar 2015
175 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən böyük elektronik və texnolojiya sərgisi ABŞ-ın Las Veqas şəhərində keçirilib. "Consumer Electronics Show (CES) 2015" də bir birindən maraqlı yeniliklər nümayiş etdirilib.
ANS PRESS sərginin ən maraqlı yeniliklərindən bəzilərini təqdim edir:

"Intel"dən düymə boyda texnologiya
"Intel" hər il olduğu kimi u ildə əsl sürpriz hazırlayıb. Keçən il ağıllı çanaq tanıdan şirkət bu il düymə boyda texnologiyasını nümayiş etdirib. 384 KB yaddaşı olan "Curie" adlı düymə bəs nə işə yarayır?
Üzərində blutuz LE (Low Energy) texnologiyası olan cihaz istifadəçinin bütün hərəkətlərini izləyir. Kamera funksiyası olan düymə hazırda işlənmə prosesindədir.

Ən nazik TV
Yaponiyanın texnologiya nəhəngi "Sony" incəlikdə sərhəd tanımayan televizorunu təqdim etdi. Dünyanın ən nazik televizoru "X9000C" 3 ölçüdədir - 55, 65 və 75 inçdir. Televizorun qalınlığı isə 4.9 mm-dir.
Nazik televizor mavi və yaşıl rəngləri daha canlı göstərir. Yenilik həm də Android TV OS sistemi ilə çalışır.

Ağıllı fırça
Bu diş fırçası uşaqların dişlərinin gec çürüməsinə gətirib çıxara bilər. "Vigilant Rainbow" adlı şirkətin yeniliyi müxtəlif rənglərdədir. Fırça blutuz ilə ağıllı telefonlara bağlanır. O, dişlərin necə dəfə və necə fırçalandığını göstərir. Fırça dişləri təmizləməyi əyləncəli hala salır.

Çox yeyənlər üçün kəmər
Fransız şirkətinin hazırladığı kəmər "Belty" adlanır. Kəmərin üzərində mikro mühərriklər var. Bu ciplər kəmərin sahibinin belinə uyğunlaşdırır. Kəmərin üzərindəki sensorlar istifadəçisinin yemək yemədiyini anlayanda sılığını avtomatik artırır.
Bundan əlavə kəmər blutuz vasitəsilə ağıllı telefonlara bağlanır və nəzarətdə saxlanılır. Kəmərin qarşıdakı aylarda satışa çıxması gözlənilir.

Elektrikli konki
"The Rollkers" adlı konki daha sürətlə gəzmək istəyənlər üçündür. Konkinin altındakı elektrikli ciplər avtomatik olaraq sürəti artırır. Ən böyük özəlliyi isə odur ki, bu konkini geyən şəxs ayaqqabısı çıxarmalı olmayacaq. Məsələn, işə gedərkən geyindiyiniz ayaqqabının üstündən onu geyinərək daha sürətlə yeriyə bilərsiniz.

Yuxu üçün ağıllı bant
"AcousticSheep" yuxu problemi olanlar üçün ideal vasitədir. Bu saç bağını xatırladan yenilik başa taxılır. Maqnitik özəl sensorlarla istifadəçinin beyin dalğalarını ölçən cihaz buna uyğun olraq musiqi seçir.
"AcousticSheep"in içərisində müəyyən musiqilər var. Amma istifadəçilər blutuz ilə istədiyi mahnı və ya musiqini ona yükləyə bilər.

Sərfəli butulka
"The Slow Control" adlı şirkət körpələrin sağlam qidalanması üçün hərəkətə keçib. Ağıllı butulkalar körpələrin gün ərzində nə qədər süd içdiyini göstərir. WiFi ilə internetə qoşulan butulka körpələr haqqında məlumatları toplayaraq valideynlərə ötürür. Valideynlər isə evlərindən, uşaqlardan uzaq olsalar belə onların gün ərzində necə qidalandığını bilirlər.

Uçan səsgücləndirici
"CES 2015"in ən çox diqqət çəkən məhsullarından biridə uçan səsgücləndiricilərdir. Rəngarəng "Axxess CE Air2" modellər üzərindəki maqnitlərlə havada asılı qala bilir. Səs heç bir naqildən istifadə edilmədən aparata ötürülür. O, həm ağıllı telefon, həm də internetlə çalışır.

















Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318136

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR