Bu gün Merkel - Tramp görüşü olacaq

Bu gün Merkel - Tramp görüşü olacaq
08:18 17 Mart 2017
104 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya kansleri Angela Merkel cümə günü ilk dəfə olaraq ABŞ prezidenti Donald Trampla görüşəcək.

Publika.az xəbər verir ki, tərəflərin indi bir çox mühüm mövzuları – o cümlədən Rusiya ilə münasibətləri, NATO-nun gələcəyini, transatlantik əməkdaşlığını, iqtisadi gündəmi və Ukraynadakı böhranın tənzimlənməsini müzakirə etmək imkanları yaranıb.

Qeyd edək ki, Almaniya kansleri əvvəlcə ABŞ-a bazar ertəsi axşam səfər etməyə hazırlaşırdı. Lakin əlverişsiz hava şəraiti, o cümlədən ABŞ sərhədlərinə yaxınlaşmış siklon onun səfər planlarını təxirə salıb.

Almaniya hökuməti rəhbərinin əvvəl də vurğuladığı kimi, birbaşa danışıqlar həmişə vasitəli ünsiyyətdən yaxşıdır. O, əmin olduğunu bildirib ki, hökumət rəsmilərinin bir-biri ilə danışmağı bir-biri haqqında danışmaqdan daha məqsədəuyğundur.

Qeyd edək ki, Merkel və Tramp bu günə qədər yalnız bircə dəfə telefonla danışıblar, lakin buna baxmayaraq bir-birləri haqqında açıqlamalar veriblər. Bu, onlarıın ilk görüşü olacaq


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR