Türkiyə Rusiyadan idxala qadağa qoydu

Türkiyə Rusiyadan idxala qadağa qoydu
08:38 17 Mart 2017
168 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə hökuməti Rusiyadan buğda, qarğıdalı və günəbaxan yağının rüsumsuz idxalı üçün lisenziyaların verilməsini dayandırıb.

APA-nın xəbərinə görə, bu barədə “Kommersant” Kənd təsərrüfatı malları ixracatçıları Milli Assosiasiyasına istinadən məlumat yayıb.

Məlumata əsasən, qeyd olunan malların Türkiyəyə idxal olunması üçün 130 faiz məbləğində rüsumun tətbiq ediləcəyi gözlənilir. Bu isə, faktiki olaraq, tədarükün dayandırılması deməkdir.

Qeyd edək ki, Türkiyə Rusiyadan buğdanın idxal həcminə görə Misirdən sonra dünyada ikinci yerdədir.

2016-cı ilin iyulundan 2017-ci ilin fevralınadək Türkiyə Rusiyadan 2 mln. ton buğda idxal edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR