x
Loading...
.

Türkiyədən Rusiyaya QADAĞA

Türkiyədən Rusiyaya QADAĞA
09:22 17 Mart 2017
163 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə hökuməti Rusiyadan buğda, qarğıdalı və günəbaxan yağının rüsumsuz idxalı üçün lisenziyaların verilməsini dayandırıb.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Kommersant" Kənd təsərrüfatı malları ixracatçıları Milli Assosiasiyasına istinadən məlumat yayıb.
 
Məlumata əsasən, qeyd olunan malların Türkiyəyə idxal olunması üçün 30 faiz məbləğində rüsumun tətbiq ediləcəyi gözlənilir. Bu isə, faktiki olaraq, tədarükün dayandırılması deməkdir.
 
Qeyd edək ki, Türkiyə Rusiyadan buğdanın idxal həcminə görə Misirdən sonra dünyada ikinci yerdədir.
 
2016-cı ilin iyulundan 2017-ci ilin fevralınadək Türkiyə Rusiyadan 2 mln. ton buğda idxal edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/526997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR